EN

İnsanlar niyə səhər tezdən daha çox ölür? - SƏBƏB

İnsanların daha çox səhər tezdən ölməsinin səbəbi açıqlanıb.

News24.az xəbər verir ki, mütəxəssislərin fikrincə, insanlar ən çox səhər tezdən ürək ritminin gecədən gündüz rejiminə keçməsi səbəbindən ölürlər. Onların sözlərinə görə, bioritm dəyişikliyi orqanizmə ciddi yüklənmə yaradır.

Səhər tezdən, xüsusən də saat 5-6 radələrində orqanizmdə yenidənqurma prosesi başlayır. Bu zaman parasimpatik sinir sisteminin aktivliyi azalır, simpatik sinir sisteminin aktivliyi isə artır. Bu proses ürək ritminin dəyişməsinə və ürək-damar sisteminə yükün artmasına səbəb olur.

Səhərin erkən saatları, xüsusən də saat 5-6 radələri insan üçün ən təhlükəli vaxtdır. Əgər bu, ürək ağrıları ilə bağlıdırsa, adətən həmin vaxt baş verir. Amma hipertoniya başqa vaxtlarda da ola bilər. Hipertoniyanın səhər, gündüz və ya gecə növləri mövcuddur. Gecə hipertoniya isə çox vaxt beyin insultu ilə nəticələnir.

Təcili tibbi yardım briqadalarının gecə və ya səhər tezdən ən çox çağırılma səbəbi insult və ya hipertonik kriz hallarıdır./BAKU.WS

Chosen
20
3
news24.az

4Sources