EN

“Okhatan Neo”nun üzvləri xalq artisti ilə görüşdü

“Okhatan Neo” qrupunun üzvləri xalq artisti Pərviz Məmmədrzayevlə görüşüblər.

Dərgi.az xəbər verir ki, görüş zamanı qrup üzvləri xalq artistini yeni layihələri ilə tanış ediblər. Bir neçə ay əvvəl Heydər Əliyev Mərkəzində keçirilən “Uzun Həsən – Ağqoyunlu hökmdarı” adlı sərgidə təqdim olunan oxçu üzükləri P.Məmmədrzayevin böyük diqqətinə səbəb olub. Üzüklərlə yaxından tanış olan aktyor belə bir tarixi və sənət nümunəsinin məhz irsiliyimizə birbaşa bağlı bir layihə olduğunu bildirib. Tarix boyu xalqımızın istifadə etdiyi qədim döyüş üsullarından biri olan oxçuluğa yeni bir baxış və töhvə olduğunu deyib.

“Okhatan Neo” qrupunun üzvləri görüş zamanı irsiliyimizə aid digər layihələr barədə də söhbət açaraq xalq artistini tanış ediblər. Qeyd edək ki sözügedən üzüklərə “Sənaye nümunəsi” patenti alınıb.

Chosen
17
6
dergi.az

4Sources