EN

Ermənilərin yığıncağında Köçəryanın adı çəkildi, ara qarışdı - Sən türksən?

İrəvan Ağsaqqallar Şurasının bu gün keçirilən iclasında müxalifətlə hakim Ağsaqqallar Şurasının üzvləri arasında dava düşüb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıb. “Respublika” fraksiyasının Ağsaqqallar Şurasının üzvü Ani Xaçatryan oturduğu yerdən çıxış edib və çıxışında Robert Köçəryanın adını çəkib.

Qarşı tərəf ona qarşı çıxıb, böyük mübahisə, dava olub, hamı yerindən qalxıb, bir sözlə, aləm dəyib bir-birinə.

Ağsaqqallar Şurasının üzvü Manuk Sukiasyan Xaçaturyana “Sən türksən?” sual verməklə onu şantaj etməyə çalışıb.

Chosen
10
1
news24.az

2Sources