EN

Tullantı sularının təmizlənib təkrar istifadəsi ilə bağlı layihə hazırlanır

Tullantı sularının təkrar istifadəsi ilə əlaqəli yeni işçi qrupu yaradırıq.

Bunu APA-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov deyib.

“Hövsan aerasiya sisteminin reabilitasiyası üçün yeni layihə işləyəcəyik və beynəlxalq tərəfdaşları buna cəlb edəcəyik. Əlimizdə olan ən böyük tullantı suları qurğusunun suyunun təkrar istifadəsi üçün seçməli olduğumuz yollara baxacağıq. Bu içməli su üçün deyil, sənaye, yaşıllaşdırma və kənd təsərrüfatında istifadə etmək üçün suyun təkrar təmizlənməsidir. Layihənin konsepti tullantı sularının təmizlənməsi və yenidən istifadəsidir. Gələn il ictimaiyyət üçün müxtəlif detallar açıqlanacaq", - o bildirib.

Chosen
31
apa.az

1Sources