EN

Konsertdən 5,3 milyon lirə qonorar alıbmı? - Şevval Sam ilk dəfə açıqladı

"Yazılan rəqəmlər qətiyyən doğru deyil"

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu məşhur müğənni Şevval Sam İzmirdə 29 Oktyabr - Respublika Günü verdiyi konsert üçün 5 milyon 300 min lirə qonorar aldığı iddiası ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, araşdırılma aparılsa, kimin nə qədər qazandığı aydın olar:

"Azad bazarda hər kəs istədiyini ala bilər. Lakin bizim bu rəqəmlərlə heç bir əlaqəmiz yoxdur. Qeyd olunan rəqəmlər bütün təşkilatı işlərin ümumi xərcləridir və mənimlə heç bir əlaqəsi yoxdur. Mən sadəcə öz payıma düşəni götürürəm".

Sənətçi ona ünvanlanan tənqidlərə cavab olaraq qadınlar üçün pulsuz konsertlər verdiyini, sosiallayihələrdə iştirak etdiyini xatırladıb.


Müəllif: Pərvin Cəfərova
Chosen
36
teleqraf.com

1Sources