EN

Ukraynada ölüm sayı 12 minin üstünə çıxdı

BMT: Rusiya-Ukrayna Müharibəsindən 1000 Gün Keçib, 12 Min 162 Mülki Şəxs Həyatını İtirib

Busaat.az xarici mediaya istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ceremi Lorens, 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən bu yana ən azı 12 min 162 mülki şəxsin həyatını itirdiyini açıqlayıb.

Lorens Cenevrə ofisinin həftəlik mətbuat konfransında müharibə ilə bağlı son qiymətləndirmələrini təqdim edərək bildirib ki, 1000 gün əvvəl başlanmış müharibə hələ də böyük itkilərlə davam edir.

O mülki itkilərin sayı ilə bağlı son məlumatları açıqlayaraq, “Ofisimiz 24 fevraldan bu yana 12 min 162 mülki vətəndaşın öldürüldüyünü bildirir. Bu rəqəmin içərisində 600-dən çox uşaq da var” deyə əlavə edib. Həmçinin, müharibə nəticəsində 26 min 519 ukraynalı yaralanıb.

BMT nümayəndəsi müharibənin sona yetməsi üçün beynəlxalq cəmiyyətin daha da səylər göstərməsi lazım olduğunu vurğulayıb və qeyd edib ki, müharibənin humanitar fəsadları artıq çox geniş və dərindir.

Zeyd Bağırzadə

Chosen
40
busaat.az

1Sources