EN

Çad iqlim dəyişikliyi və münaqişələrdən əziyyət çəkən ölkələr üçün maliyyə mexanizminin yaradılmasına çağırdı

Bakı. Trend:

Çad münaqişələrdən və iqlim fəlakətlərindən əziyyət çəkənölkələr üçün xüsusi maliyyə mexanizminin yaradılmasını tələbedib.

Trend xəbər verir ki, bunuÇadın ətraf mühitin mühafizəsi, balıqçılıq və dayanıqlı inkişafnaziri Hasan Camus COP29 sammitində çıxışında bildirib.

"Çad kimi həssas dövlətlər daha çox gözləyə bilməz.Qeyri-sabitlik və münaqişə problemlərinin bütün iqlimmaliyyələşməsi mexanizmlərinə inteqrasiyası vacibdir", – deyə nazirvurğulayıb.

O əlavə edib ki, COP28-də İtki və Zərər Fondunun yaradılmasımühüm bir addım olsa da, hazırkı ehtiyacları qarşılamaq üçün bumexanizmin tez bir zamanda həyata keçirilməsi vacibdir.

"Çad da daxil olmaqla, bir çox ölkələr iqlim dəyişikliyinindağıdıcı təsirlərinə tamamilə məruz qalır. 2024-cü il misligörünməmiş fəlakətlərin ili kimi yadda qalacaq. Daşqınlar 1,9milyondan çox insana təsir edib ki, bu da əhalinin 10 faizindənçoxunu təşkil edir", – deyə Hasan Camus bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
54
az.trend.az

1Sources