EN

2025-ci ildə vətəndaşlar daha yüksək keyfiyyətli həyatla təmin olunacaq - Əli Əhmədov

2025-ci ildə insanların rifahının daha da yaxşılaşdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçiriləcək.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin 4 komitəsinin birgə iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı parlament sədrinin birinci müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hər bir hökumətin fəaliyyətini qiymətləndirən ən mühüm parametr yalnız hökumətin qarşısına çıxan problemləri həll edib-etməməsi deyil.

“Həm də ondan ibarətdir ki, hökumət hər növbəti ildə insanlara daha yaxşı, yüksək və keyfiyyətli həyat təqdim edə bilir. Düşünürəm ki, 2025-ci ilin dövlət büdcəsində bu cəhətlər özünün hərtərəfli əksini tapıb,” – deyə o əlavə edib.

Əli Əhmədov həmçinin vurğulayıb ki, Azərbaycan vətəndaşları 2025-ci ildə daha yaxşı yaşam imkanlarına malik olacaqlar.

Chosen
10
7
fins.az

8Sources