EN

Avstraliya iqlim investisiyalarını elan edir

Avstraliya təmiz enerjiyə 20 milyard dollardan çox investisiya qoyuluşu, İtki və Zərər Fonduna isə əlavə 50 milyon dollar məbləğində töhfə ilə iqlim öhdəliklərini gücləndirib...

Bunu Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

O, Paris İqlim Sazişinin məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və Avstraliyanın Sakit okean regionu ilə tərəfdaşlıqda COP31-ə ev sahibliyi etmək üçün müraciətini təsdiqləyib. Nazirin sözlərinə görə, bu müraciət iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsi üçün mühüm addım olacaq. "Biz bu mühüm forumun təşkilinə töhfə verməyə hazırıq", - o bildirib.

K.Bouen əlavə edib: "COP29-un prezidenti Muxtar Babayevə təşəkkürümü bildirmək istəyirəm. Biz nəticə əldə etmək üçün o və komandası ilə sıx əməkdaşlığı səbirsizliklə gözləyirik".

Poliqon.info

Chosen
10
6
poliqon.info

7Sources