EN

“Nike” 3D printerlə hazırlanmış ayaqqabı buraxdı – Video


“Nike” şirkəti demək olar ki, tamamilə 3D çap texnologiyasından istifadə etməklə hazırlanmış ilk “Air Max 1000” idman ayaqqabısını təqdim edib.
Yenavaz.com
xəbər verir ki, yeni məhsul artıq ayaqqabıların 3D çapı sahəsində təcrübəyə malik olan “Zellerfeld” şirkəti ilə əməkdaşlıq əsasında hazırlanıb.
İdman ayaqqabısı həftəsonu Las-Veqasda baş tutan “ComplexCon” sərgisində iştirakçılara nümayiş etdirilib.
Dizayn baxımından “Air Max 1000” “Nike”ın 1987-ci ildə debüt edən və dabanında hava yastığı olan ilk ayaqqabısı “Air Max 1”in yenilənmiş versiyasıdır.
Bu əsas xüsusiyyət “Air Max 1000”də də saxlanılıb. Ancaq hava yastığının özü 3D printerdə çap edilməyib. İdman ayaqqabısının qalan hissəsi 3D çapdan istifadə etməklə hazırlanıb.
Müxtəlif sıxlıq və teksturalı təbəqələrin kombinasiyası sayəsində “Air Max 1000”in altlığı alt hissədə bərk, üst hissədə yumşaqdır. Bu, həm də ayaqqabını iplərdən istifadə etmədən geyinib çıxarmağa imkan verir.
3D çap texnologiyasının istifadəsi “Nike”a, şirkətin də iddia etdiyi kimi, ənənəvi ayaqqabı istehsalı üsullarında mümkün olmayan unikal konturlu dizayn yaratmağa imkan verib.
“Air Max 1000” əvvəlcə parlaq qırmızı rəngdə təqdim edilib. Ancaq tədbirdə qırmızı rənglə yanaşı, ayaqqabının ağ, mavi və qara/yaşıl da daxil olmaqla digər rəngləri təqdim olunub.
İlkin partiya 1000 cütdən ibarət olub və sərgiyə gələnlər onları əvvəlcədən sifariş ediblər.
“Nike” hələ ki, “Air Max 1000”in kütləvi istehsal tarixini, həmçinin, pərakəndə satış qiymətini açıqlamayıb.
Chosen
20
yeniavaz.com

1Sources