EN

“Çelsi” Mudriki qışda yola salmaq fikrindədir

Ukraynalı vinger Mixail Mudrik qış transfer pəncərəsində “Çelsi”ni tərk edə bilər. Hazırda futbolçu ilə Premyer Liqanın bir neçə klubu maraqlanır.

“Football Insider”in xəbərinə görə, londonlular Mudrik üçün potensial təklifi qəbul etməyə hazırdırlar. Mənbənin sözlərinə inansaq, müştəriləri futbolçunun oyun praktikasının azlığı qorxudur. Son vaxtlar ukraynalı “Çelsi”nin əsas heyətinə düşə bilmir.

“Çelsi” layiqli təklif olacağı təqdirdə Mixaili saxlamaq niyyətində deyil. Qeyd edək ki, “Çelsi” yeni qapıçı ilə də heyətini gücləndirmək istəyir. Hazırda London komandasında 10 qapıçı var.

Chosen
20
futbolinfo.az

1Sources