EN

Övladlarını sobaya qoyub öldürən ana ömürlük həbsə məhkum edildi

Övladlarını sobaya qoyub öldürən ana ömürlük həbsə məhkum edildi

ABŞ-da 1 və 2 yaşlı iki uşağını sobaya ataraq öldürən ana ömürlük həbs cəzasına məhkum edilib.2017-ci ildə ABŞ-da dəhşətli qətl hadisəsi törədilib. Hadisə Lamora Uilyamsın bir gecə polisə zəng edərək evdə olmadığı zaman uşaqlarının öldüyünü bildirməsi ilə üzə çıxıb.Uilyams polisə verdiyi ifadəsində gün ərzində işdə olduğunu, evdə olmadığı müddətdə uşaqların dayə ilə qaldığını bildirib. Qadın axşam saatlarında evə qayıdanda uşaqları yerdə ölü vəziyyətdə gördüyünü bildirib və evdəki sobanın uşaqların üzərinə düşdüyünü iddia edib.Məhkəmədə təqdim edilən dəlillərə görə, qadının uşaqlarını sobaya qoyaraq diri-diri yandırdığı iddia edilib. “İndependent”in məlumatına görə, yarılma hesabatında bildirilib ki, uşaqlar quru istidən və uzun müddət istiyə məruz qalmaqdan yaranan istilik dəyişiklikləri keçiriblər. Hesabatda “Bu səviyyəyə çatmaq çox uzun zaman tələb edir” ifadəsi işlədilib.2 uşağını sobaya ataraq öldürdüyü bildirilən və əvvəllər 14 müxtəlif cinayətə görə məhkum olunan qadının psixoloji problemlərinin olduğu qeyd edilib. Uilyams şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum edilib.

Chosen
18
8
afn.az

10Sources