EN

"Hepsiburada"nın satışına icazə verildi - ALAN ŞƏXSİN AZƏRBAYCANDA DA BİZNESİ VAR

Türkiyənin Rəqabət Qurumu (Rekabet Kurulu), Hanzade Vasfiye Doğan Boyner-in nəzarətində olan "D-Market Elektronik Hizmetler ve Ticaret Anonim Şirketi"nin əksər səhmlərinin və nəzarət zərfinin "Joint Stock Company Kaspi.kz" tərəfindən satın alınmasına icazə verib.

Marja xəbər verir ki, Qazaxıstanın onlayn alış-veriş platforması "Kaspi.kz", "Hepsiburada"nın sahibi olan "D-Market"in 65,41 faizini 1,13 milyard dollara almağa razılaşıb.

Doğan ailəsinin üzvləri ilə "Hepsiburada"nın sərmayəsinin 65,4-ünü təşkil edən A və B kateqoriyalı səhmləri almaq üçün müqavilə bağlanmışdı.

Razılaşmaya əsasən, 1,13 milyard dolların 600 milyon dolları sövdələşmənin bağlanması zamanı, 526,9 milyon dolları isə sonrakı 6 ay ərzində ödəniləcək.

Qazaxıstanın ən populyar mobil proqramı

Kaspi.kz-nin SuperApp tətbiqi 2023-cü ildə cəmi 14 milyon aktiv mobil istifadəçisi ilə Qazaxıstanda ən populyar mobil proqramı olub. Kaspi Pay SuperApp 2023-cü ildə 581 min kommersiya partnyoru ilə Qazaxıstanda biznes və sahibkarların seçdiyi rəqəmsal tərəfdaşa çevrilib.

2000-ci ildə qurulan "Hepsiburada", müştərilərinə 30-dan çox kateqoriyada 264 milyondan çox məhsul təklif edir.

Qeyd edək ki, Kaspi.kz-nin sahibi Gürcüstan vətəndaşı Mikheil Lomtadze-dir (Mixail Lomtadze). O, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibidir. 

Mikheil Lomtadzkaspi.kz hepsiburada
Chosen
30
marja.az

1Sources