EN

Braziliya nəşri: "Bakı COP29-da bütün qonaqpərvərliyini nümayiş etdirdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının (COP) ev sahibi ölkəsi səmimi qarşılama təmin etməlidir. Bu, COP29-un keçirildiyi Bakıda nümayiş olundu.
"Report" xəbər verir ki, bu barədə Braziliyanın "Valor" qəzetində məqalə dərc edilib.
"Bakıda təxminən 2,5 milyon sakin yaşayır. İngilis dilində danışanlar azdır və Azərbaycan dili ölkəyə gələn çox az adama tanışdır. Lakin sakinlər COP29-un 40 min iştirakçısını istiqanlılıqla, jestlərlə və mehribanlıqla qarşılayır və bacardıqları qədər kömək edirlər. Konfransın keçirildiyi Bakı stadionunda çoxsaylı gənc könüllü ingilis dilində danışır, "Ulduz döyüşləri"ndəki işıq qılınclarına bənzər çubuqları ilə yol göstərir və həmişə gülümsəyirlər. Bu, iştirakçıların özlərini evdəki kimi hiss etməsinə səbəb olur", - müəllif yazıb.
Bakının 25 min yerlik mehmanxana infrastrukturu tam dolub. Dövlət və hökumət başçıları (80 nəfər gəlib) üçün səkkiz elit otel rezerv edilib.
"Onlar ev tapşırığını yerinə yetirdilər: məsləhətçilər işə götürdülər, tapşırığın miqyasını qiymətləndirdilər və tez hazırlaşdılar, çünki konfransın başlamasına 12 aydan az vaxt qaldığını bilirdilər. Nəticə isə bundan ibarətdir ki, istənilən pik anında qonaqların sayı 23 min nəfəri keçməyəcək", - müəllif Azərbaycanın iqlim konfransına hazırlığı barədə fikirlərini bölüşən Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqroya istinadən yazır.
Materialda qeyd olunub ki, tədbirdən əvvəl dövlət qulluqçularını motivasiya etmək və əhalinin məlumatlılığını artırmaq üçün dövlət qurumları daxilində COP-un əhəmiyyəti barədə məlumatlandırma kampaniyası aparılıb.
"Burada böyük tədbirlər üçün kadr hazırlığı ənənəsi var. Ölkədə artıq Avropa Oyunları keçirilib, hər il Formula-1 yarışları keçirilir, amma bu miqyasda tədbir hələ olmayıb", - səfir davam edir. Prospektlərdə nümayəndələr, jurnalistlər, ekoloqlar, yerli xalqların nümayəndələri, tələbələr və alimlərin tıxaclardan yan keçə bilməsi məqsədilə yalnız COP nəqliyyatının istifadəsi üçün xüsusi zolaq ayrılıb. Avtobuslar idxal edilib, rəsmi tədbirin strukturu təşkil edilib. Bir sözlə, hazırlaşıblar", - M.Monteneqro deyir.
Chosen
36
50
oxu.az

10Sources