EN

Elm və Təhsil Nazirliyi bu şirkətdən 7,9 milyonluq avadanlıq alır

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tədris laboratoriyaları və STEAM avadanlıqlarının satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "JBA Group" şirkəti seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 7 970 094,74 manatdır. 

"JBA Group" şirkəti 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Süleymanov Süleyman Məmməd oğludur. 

Seyid
Chosen
21
qaynarinfo.az

1Sources