EN

Lavrovdan ATACMS raketləri ilə hücumlara reaksiya

Rusiya xarici işlər naziri Sergey Lavrov Bryansk bölgəsinə ATACMS raketləri ilə hücumları Qərbin eskalasiya istədiyinin siqnalı adlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Lavrov Rio-de Janeyroda keçirilən G20 zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya XİN başçısının sözlərinə görə, bu gün Bryansk vilayətində ATACMS-dan dəfələrlə istifadə olunması, təbii ki, eskalasiyanın olduğuna işarədir.

"Bu yüksək texnologiyalı raketlərdən amerikalılarsız istifadə etmək mümkün deyil, Putin bu barədə dəfələrlə deyib. Rusiya Prezidenti xəbərdarlıq edib ki, əgər hazırda müzakirə etdikləri 300 km-ə qədər məsafə təsdiq olunarsa, bizim mövqeyimiz necə dəyişəcək. Əslində bu, Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsinə razılıq deyil, indi 300 km-ə qədər vuracaqlarının anonsdur", - Lavrov qeyd edib.

Milli.Az

Chosen
27
7
milli.az

8Sources