Ermənistanın Baş naziri Nikol Paşinyan vatsap messenceri ilə bir neçə məmura mesaj yazaraq işdən çıxarılmaları barədə məlumat verib. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. Nəşrin məlumatına görə, Dövlət Gəlirlər Komitəsinin keçmiş rəhbəri Rüstəm Badasyan işdən çıxarılma xəbərini gəzintidə olarkən alıb. Məmur bunu zarafat kimi qəbul edib. Lakin Badasyan oxşar mesajları alan digər həmkarları ilə söhbətdən sonra bunun doğru olduğunu anlayıb. Xatırladaq ki, Ermənistanda bir neçə yüksəkvəzifəli məmur istefa verib. Paşinyan məmurların onun təşəbbüsü ilə istefa verdiklərini açıqlayıb.