EN

Daha bir ölkə Rusiyaya hücumu dəstəklədi

Kanada ABŞ prezidenti Co Baydenin Ukraynaya Amerikanın uzaqmənzilli silahları ilə Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə vermək qərarını dəstəkləyir. 

Bakıvaxtı.az xəbər verir ki, ölkənin müdafiə naziri Bill Bler bildirib. 

“Kanada Birləşmiş Ştatların Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etmək icazəsi verdiyini dəstəkləyir”, - Bler deyib.

Noyabrın 17-də “The New York Times” mənbələrə istinadən yazıb ki, ABŞ prrezidenti Co Bayden Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün amerikalıların tədarük etdiyi uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verib. Noyabrın 19-da ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols O Globo portalına bu məlumatı təsdiqləyib. Bir gün əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi də bu faktı təsdiqləməyib.

Chosen
30
3
bakivaxti.az

8Sources