EN

Norveçdə 77 nəfəri öldürən şəxs azadlığaı çıxmaq istəyir

2011-ci ildə Norveçdə əksəriyyəti uşaq olmaqla 77 nəfəri öldürən və buna görə 21 il həbs cəzası alan qatil Anders Behring Breivik ikinci dəfə məhkəməyə üz tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, məhkəmədən növbəti dəfə şərti azadlığa buraxılmasını tələb edib.

Məlumata görə, məhkəmə onun tələbini rədd edib: "Məhkəmədə çıxış edən prokuror Hulda Olsen Karlsdottir "Norveçli qatil" ləqəbli Breyvikin şərti azadlığa buraxılması tələbinin rəddini tələb edib. O deyib ki, Breivikin qatil ideologiyasında heç bir dəyişiklik olmayıb və bu səbəbdən məhkəmə şikayəti təmin etməməlidir. Qısa müşavirədən sonra hakim tələbi rədd edib".

Samir Musayev

MİA.AZ

Chosen
42
4
mia.az

7Sources