EN

COP29-a qarşı kampaniya aparan kimlərdir? — Anti-Azərbaycan şəbəkəsinin ifşası

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda uğurla davam edir. Azərbaycan qlobal iqlim problemlərinin həlli üçün müsbət platforma yaradıb. Yüksək səviyyədə keçirilən COP29 fonunda Qərbdə ölkəmizə qarşı qərəzli kampaniya da müşahidə edilir.

Bu kampaniyada əsas iddialardan biri Azərbaycanın neft-qaz ölkəsi olmasıdır. Halbuki, COP tədbirlərinin keçirildiyi ölkələrin əksəriyyəti neft-qaz ehtiyatlarına malikdir və karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarırlar. İddialardan biri də Azəırbaycana qarşı artıq köhlənlmiş “siyasi məhbus”, yaxud “insan haqlarının pozulması”na dairdir. Hərçənd, bu iddialar yalnız iddia olaraq qalır və indiyə qədər sübut olunmayıb. “Siyasi məhbus” adlandırılan şəxslər isə konkret qanun pozuntusuna görə məsuliyyətə cəlb edilib. Təbii ki, kimsə jurnalist fəaliyyəti ilə məşğul olursa, bu, ona xüsusi imtiyazlar, yaxud qanunu pozmaq haqqı verə bilməz. Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir və qeyri-qanuni fəaliyyətə görə hər kəs qanun qarşısında cavab verir. Bu iddia üzərindən COP29-a qarşı kampaniya aparmaq sadəcə, gülünc görünür.

Qərb dairələri tərəfindən aparılan kampaniyada istifadə edilən əsassız iddiaların nə olduğu bəllidir. Maraqlı məqam, bu kampaniyanı aparanlar, yaxud belə demək mümkünsə, Azərbaycana qarşı hücumda “piyada” rolunu oynayanlardır.

Azərbaycana qarşı hücuma keçmiş qüvvələri bir neçə hissəyə ayırmaq olar.

Birincisi, Qərbdə anti-Azərbaycan dairələrdir. Onların məqsədi COP29-a yönəlmiş beynəlxalq diqqəti tədbirin mahiyyətindən yayındırmaq, müxtəlif iddialara yönəltmək və bununla rəsmi Bakıya təzyiqin edilməsinə nail olmaqdır. Buna nail olmaqla bölgədəki maraqlarını təmin etməyə çalışırlar.

İkincisi, erməni diasporu və lobbisidir. Onların əsas məqsədi ermənilərin maraqlarını təmin etmək, eləcə də Azərbaycanın COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi etməklə qazanacağı dividentlərin qarşısını almaqdır. Ermənilərin hədəflərindən biri də Bakıda həbsdə olan separatçıların azad edilməsinə nail olmaq idi ki, artıq bunun mümkünsüz olduğunu özləri də anlayır.

Üçüncüsü, “sapı özümüzdən olanlar”, yaxud “azərbaycanlı” adını daşıyıb Azərbaycana qarşı çıxanlardır. Bu qrup anti-Azərbaycan dairələrin göstərişlərinə əsasən ölkə daxilində fəaliyyət göstərirlər. Misal üçün, Tbilisidə ermənilərlə birlikdə COP29-a qarşı keçirilən aksiyada iştirak edən “azərbaycanlı fəallar” – Vəfa Nağı və digərləri, eləcə də COP29 platformasında “itləri güllələyirlər” kimi yalan iddialarla diqqəti olmayan məsələlərin üzərinə çəkmək istəyənlər bu şəbəkənin üzvləridir. Onlar həm “ictimai təşkilatlar” adı altında, həm də “media” adı altında fəaliyyət göstərirlər. 

Azərbaycana qarşı fəaliyyət göstərən bu qüvvələr – həm Qərbdə olanlar, həm ermənilər, həm də ölkə daxilində olanlar ifşa edilib. Azərbaycan xalqı onları yaxşı tanıyır. Bu qüvvələrin COP29-a qarşı apardığı məqsədyönlü fəaliyyəti də iflasa uğradı. On minlərlə qonağın qatıldığı COP29 tədbiri uğurla keçirilir və əsas missiyası olan qlobal iqlim problemlərinin həll yollarının tapılması işini davam etdirir.


Vaqif Hüseynli
Demokrat.az
Chosen
49
50
demokrat.az

10Sources