EN

Bu təbii üsullarla bəlğəmdən QURTULACAQSINIZ

Üst tənəffüs yollarının xəstəlikləri nəticəsində yaranan iltihab boğazda bəlğəm əmələ gəlməsinə səbəb ola bilər.

News24.az xəbər verir ki, bəlğəm meydana gəldikdə, onu aradan qaldırmaq üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz. Bəlğəm atmağın hiyləsi olan təbii üsullar bunlardır:

Zəncəfil çayı: Antioksidant xüsusiyyəti ilə zəncəfil bəlğəmgətirici təsirə malikdir. Zəncəfil ilə bəlğəm atmaq üçün bir dilim təzə zəncəfil suda 10-12 dəqiqə qaynadılır. Sonra suyu süzə bilərsiniz. İstəsəniz, bal və limon əlavə edərək də içə bilərsiniz.

Bal və limon qarışımı: C vitamini ilə zəngin olan limon və antiseptik xüsusiyyəti olan bal qarışdırıldıqda təbii bəlğəmgətirici dərman alırsınız. 1 çay qaşığı balı yarım limonun şirəsi ilə qarışdırıb bu qarışımı içsəniz bəlğəmdən xilas ola bilərsiniz.

Ananas suyu: Gündə 1 stəkan müntəzəm olaraq qəbul edildikdə ananas suyunun bəlğəmgətirici xüsusiyyətə malik olduğu deyilir. Bundan əlavə, detoks effekti verir və arıqlamağı asanlaşdırır.

Alma sirkəsi: Təbii turşu tərkibi sayəsində alma sirkəsi də bəlğəmgətirici olaraq istifadə edə biləcəyiniz bir məhsuldur. Bəlğəm problemini alma sirkəsi ilə aradan qaldırmaq üçün 1 stəkan ilıq suya 1 xörək qaşığı alma sirkəsi əlavə edib bu suyu içmək kifayət edər.

Sarımsaq çayı: Sarımsaqdan ən çox yeməklərdə istifadə olunsa da, çay halına salınıb bəlğəmgətirici kimi də içmək olar. Bu üsulu tətbiq etmək üçün bir neçə diş sarımsağı əzin və qaynar suya atın. Sonra 5 dəqiqə gözləyib bal əlavə edə bilərsiniz.


Məryəm İlhamqızı

Chosen
34
news24.az

1Sources