EN

Prosesə nəzarəti gücləndirəcəyik - NAZİR

Azərbaycanda vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur.

 

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib.

 

Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək:

 

"Biz bu prosesə nəzarəti gücləndirəcəyik".

Chosen
12
5
modern.az

10Sources