EN

Bu Avropa ölkələri Rusiyanı ittiham etdi

6 Avropa ölkəsinin xarici işlər nazirləri Rusiyanı hibrid hücumlarda ittiham ediblər.

Turkustan.az xəbər verir ki, 6 Avropa ölkəsinin - Fransa , Böyük Britaniya , İspaniya , İtaliya , Polşa və Almaniyanın xarici işlər nazirləri Rusiyanı NATO və Avropa İttifaqı (Aİ) ölkələrində hibrid hücumları gücləndirməkdə ittiham ediblər . Bu barədə bu dövlətlərin xarici işlər nazirlərininBrüssel görüşündən sonra birgə bəyanatında deyilir .

“Rusiya sistematik olaraq Avropanın təhlükəsizlik arxitekturasına hücum edir. Moskvanın NATO və Aİ ölkələrinə qarşı hibrid fəaliyyətinin eskalasiyası da öz müxtəlifliyi və miqyası baxımından misilsizdir və əhəmiyyətli təhlükəsizlik riskləri yaradır”, deyə bəyanatda qeyd edilir.

Xarici işlər nazirləri həmçinin Rusiyanı revizionizmdə,İran və Şimali Koreya ilə əlaqələri gücləndirməkdə və Ukrayna üzrə konstruktiv danışıqlar aparmaq istəməməkdəittiham ediblər. Xarici işlər nazirləri həmçinin Kiyevə Ukraynanın 2025-ci ildə ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan 50 milyard dollarlıq kredit məsələsini də dəstəkləyiblər.

Aytən Yaşar/ Turkustan.az

Chosen
12
2
turkustan.az

2Sources