EN

Dələduzlar smartfonlara toy dəvətnamələri göndərərək vətəndaşları belə aldadırlar VİDEO

Kibercinayətkarlar bu dəfə vətəndaşlara toy dəvətnamələri göndərərək tora salırlar...

Xezerxeber.az-ın xəbərinə görə, belə ki, son dövrlər  vhatsApp vasitəsilə "toy dəvətnamələri"nin göndərilməsi adi hala çevrilib. Bundan istifadə edən hakerlər xüsusi dəvətnamələr ilə dəlduzluq  etməyə başlayıblar.

Vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi toy dəvətnaməsi kimi göndərilir.Onu yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz. Bu o deməkdir ki, artıq faylı açdıqdan sonra bütün məlumatlarınız oğurlanmış olur.

Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov “Xəzər Xəbər”ə müsahibəsində vətəndaşları bu kimi hallardan qorunmaq üçün diqqətli olmağa çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
54
11
xezerxeber.az

10Sources