"Crocus"da terror törətməkdə təqsirləndirilən 4 nəfərin həbs müddəti uzadılıb
Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"da terror aktı törətməkdə təqsirləndirilən 4 nəfərin həbs müddətini uzadıb.Bu barədə TASS məlumat yayıb.
"Dalerjon Mirzoyev, Saidakram Raçabalizod, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 22 fevral 2025-ci il tarixinədək uzadılsın", - məhkəmənin qərarında bildirilib.
Bundan əvvəl təqsirləndirilən şəxslərin həbs müddəti noyabrın 22-dək uzadılmışdı.
www.anews.az