"Sülhü müdafiə edən insanlar dəstəyə layiqdirlər".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini şərh edərkən deyib.
“Trampın Ukrayna ilə bağlı mövqeyinə gəlincə, o bildirib ki, o, müharibənin deyil, sülhün prezidentidir və ümumiyyətlə, müharibə deyil, sülh istədiyini bəyan edən insanlar, siyasətçilər, mənə elə gəlir ki, dəstəyə layiqdirlər” - Lavrov deyib.
Lavrovun sözlərinə görə, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Çin və Braziliyanın təşəbbüslərini də alqışlayır.