EN

Ərdoğan: Ankara münaqişələrin həlli üçün Trampın ağlabatan addımlarına ümid edir

Ankara Ukrayna da daxil olmaqla, münaqişələrin həlli üçün ABŞ-nin yeni administrasiyasının konstruktiv addımlarına ümid edir

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Bu mövzu Rio de Janeyroda keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında qaldırılıb. Ərdoğanın sözlərinə görə, Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının Qəzza zolağı və Ukraynadakı münaqişələrin həllinə kömək edəcək ağlabatan və konstruktiv addımlarına ümid edir.

 

Noyabrın 18-də Türkiyə prezidenti Ərdoğanın Rusiya ilə Ukrayna arasında münaqişəni “dondurmaq” planını təqdim etməyi planlaşdırdığı xəbəri yayılıb. Bloomberg-in məlumatına görə, o, Ukraynaya 10 il ərzində NATO-ya üzv olmaqdan imtina etməyi, Donbasda “beynəlxalq qoşunlar” yerləşdirməyi və Kiyevə silah tədarükünə zəmanət verməyi təklif etmək niyyətindədir. Kreml isə hərbi əməliyyatların “dondurulmasını” qəbuledilməz hesab etdiyini bildirib.

 

İnci 

Chosen
38
sfera.az

1Sources