Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb.
Bizim.Media xəbər verir ki, müxalifətçilər şəhərin mərkəzi ilə yürüş edib, Çavçavadze prospektini zəbt ediblər.
Onlar ölkədə yenidən parlament seçkilərinin keçirilməsini tələb edirlər və tələbləri yerinə yetirilənədək ərazidə çadır şəhərciyini bərpa etməyi planlaşdırırlar.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə sakinlərini Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb və aksiyada özü də iştirak edib.
Bizim.Media