EN

Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?

"Burada yeganə məqsəd Donald Trampın inaqurasiyasından sonra Ukrayna müharibəsilə bağlı mövqeyinin formalaşmasına təsir etməkdir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun Ukraynaya 500 milyard dollarlıq kredit ayırmaq və ölkənin NATO-ya üzvlük tarixini təyin etməklə bağlı çağırışını şərh edərkən deyib.

"Conson Böyük Britaniyanın keçmiş baş naziridir. İkincisi, onun dediklərilə Trampın Ukrayna məsələsində yanaşması arasında böyük bir ziddiyyətlər var. Hazırda dünyada hamı Trampın prezidentlik dövrünə hazırlaşır. Bu müstəvidə çalışırlar ki, Trampın mövqeyinin formalaşması dövründə maksimum dərəcədə ona təsir etsinlər", deyə Fərhad Məmmədov bildirib.

Həmsöhbətimiz qeyd edir ki, Consonun dedikləri qeyri-realdır:

"Ukraynanın NATO-ya üzvlüklə bağlı fikirlər də ziddiyyətlidir. Hətta Baydenadminstrasiyası da buna getmir. O ki, qaldı Trampın dövründə, bu demək olar tamamiləqeyri-mümkün görsənir".

Ekspert Consonun Ukraynaya 500 milyard dollar həcmində yardım etmək çağırışını da populizm adlandırıb:

"Ukraynaya 500 milyard dollarlıq yardım paketi sözdə gözəl rəqəmlərdir. Prezident Zelenskinin də dediyi kimi, 2024-cü il üçün vəd olunan hərbi yardımın heç 10-20 faizi belə Ukraynaya çatmayıb. Çünki nə Avropa İttifaqı, nə də ABŞ öz iqtisadiyyatlarını hərbi relsə keçirməyiblər. Onların istehsal gücü Kiyevə uğurlu müharibə aparmağa kifayət etmir. Belə olan halda fantastik rəqəmlərin səsləndirilməsi populizmdən başqa bir şey deyil".

Qeyd edək ki, Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukraynaya 500 milyard dollar kredit ayırmağa və ölkənin NATO-ya üzvlük tarixini təyin etməyə çağırıb. O, bu haqda X sosial şəbəkəsindəki səhifəsində yazıb. O, ABŞ prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə uzaqmənzilli raketlər atmağa icazə vermək qərarını da alqışlayıb.

Chosen
7
2
turkustan.az

3Sources