EN

ABŞ HƏMAS rəsmiləri və hərbçilərinə qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ HƏMAS rəsmiləri və hərbçilərinə qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ HƏMAS hərəkatının rəsmiləri və hərbçilərinə qarşı yeni sanksiyalar tətbiq edib. AFN.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məhdudiyyətlər terrorizmin maliyyələşdirilməsi və silah qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən bir sıra şəxslərə də tətbiq olunub.Sanksiyalar HƏMAS-ın altı yüksək rütbəli məmurunu əhatə edir. Maliyyə Nazirliyinin sanksiya siyahısına terror qruplaşmasının Qəzza zolağına vəsait toplamaq və qaçaqmalçılıq yolu ilə silah keçirmək səylərini dəstəkləməkdə iştirak edən şəxslər də var.ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər arasında HƏMAS-ın Türkiyədə yaşadığı iddia edilən nümayəndələri də var: hərbi zabit Əbdül-Rəhman İsmayıl Əbdürrəhman Qənimət və yüksək rütbəli məmur Musa Davud Məhəmməd Akari.

Chosen
21
9
afn.az

8Sources