EN

Hər girov üçün 5 milyon dollar ödəməyə hazırıq - Netanyahu

İsrail HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.

"Unikal" xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.

“Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Biz həmçinin qaçırılan hər bir şəxs üçün 5 milyon dollar mükafat təklif edəcəyik. Seçim sənindir, seç. İstənilən halda, nəticə eyni olacaq: biz bütün girovları geri qaytaracağıq”, - deyə netanyahu bildirib.

Chosen
23
35
unikal.az

10Sources