EN

Ərdoğan özü açıqladı: “İsrail prezidentinin Bakıya səfərinə hava məkanımızı bağladıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti İsaak Hersoqun təyyarəsinin Azərbaycanda keçirilən COP-29 iqlim konfransında iştirak etmək üçün ölkənin hava məkanından keçməsinə qoyulan qadağaya münasibət bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Türkiyə prezidenti bu barədə Braziliyada keçirilən G20 sammitində mətbuat konfransında danışıb: “Biz ona hava məkanımızdan istifadə etməyə icazə vermədik: Başqa marşrutlar və variantlar var.

Biz ona dedik ki, oradan getsin. Amma onun gedib-getmədiyini də bilmirəm. Türkiyə müəyyən məsələlərə münasibət bildirmək məcburiyyətindədir və biz bunu edəcəyik”.

 

Musavat.com

Chosen
25
1
musavat.com

10Sources