EN

​"Barselona" Salahın transferindən imtina etdi -

"Barselona" yay transfer pəncərəsi üçün Məhəmməd Salahın adını namizədlər siyahısından çıxarıb. Metbuat.az xəbər verir ki, ispan "Mundo Deportivo" nəşri "Barselona" rəhbərliyinin Salahı transfer etmək istədiyini qeyd etsə də, "Fichajes" bu planın artıq təxirə salındığını bildirib.Katalan klubunun Salah transferindən imtinasının əsas səbəbi kimi gənc istedad Lamina Yamalın komandadakı mövqeyi və braziliyalı futbolçu Rafinyanın bu mövsüm göstərdiyi yüksək performans göstərilib. Klub rəhbərliyi hesab edir ki, Salahın transferi bu iki futbolçunun inkişafına mane ola bilər. "Barselona" gənc oyunçulara, xüsusən də öz akademiyasından çıxan futbolçulara üstünlük vermək niyyətindədir.

Qeyd edək ki, Məhəmməd Salahın "Liverpul" ilə müqaviləsi cari mövsümün sonunda bitir. 32 yaşlı futbolçu bu mövsüm çıxdığı 17 oyunda 10 qol vurub, 10 məhsuldar ötürmə edib.

Chosen
23
metbuat.az

1Sources