EN

Paytaxtda elektromobillər çoxalır

Noyabrın 20-si COP29 platformasında Urbanizasiya, Turizm və Nəqliyyat Günü kimi qeyd edilir. Bu gün “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Toplantıda davamlı şəhər nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi, karbon emissiyasının azaldılması, nəqliyyat sektorunun yaşıllaşdırılması yolu ilə havanın keyfiyyətinin yaxşılaşdırılması, bu məsələlərin dövlətlərin siyasətinə daxil edilməsi müzakirə olunacaq.

Ekoloji baxımdan dünyanın qabaqcıl şəhərləri ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısının alınmasında əsas addımlardan birini elektrik avtobuslarından istifadədə görür. COP29 günlərində  Bakı şəhərində Zığ Elektrik Avtobus Parkı istifadəyə verilib. Hazırda avtobus parkı elektrik mühərrikli 160 ədəd avtobusdan ibarətdir. 2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən aldığımız məlumata görə, həyata keçirilən islahatlar nəticəsində taksi avtoparkı da yenilənir. Ölkəyə çox sayda elektromobillər gətirilir. 150 ədəd ­
“LEVC TX5” markalı “plug-in hibrid” taksi istismara buraxılıb.

Qəzənfər QASIMOV 
XQ

 

Chosen
42
xalqqazeti.az

1Sources