EN

MN-də vəzifə alan 37 yaşlı general məşhurun oğlu imiş

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, yüksək vəzifəyə təyin olunan Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə dünyaya gəlib.

General-mayor hazırkı iş yerindən əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Fərid Əliyev 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.

Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Fərid Əliyevə "general-mayor" ali hərbi rütbəsi verilib.

Chosen
47
31
demokrat.az

10Sources