Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ticarət nazirivəzifəsinə "Cantor Fitzgerald L.P." maliyyə institutunun rəhbəriHovard Lyutnikin namizədliyini irəli sürəcəyini bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social"sosial şəbəkəsində bildirib.
""Cantor Fitzgerald, L.P."nin sədri və baş icraçı direktoruHovard Lyutnikin ticarət naziri kimi mənim administrasiyamaqoşulacağını bildirməkdən çox məmnunam", - deyə o yazıb.
Onun sözlərinə görə, Lyutnik ticarət və tariflərlə məşğulolacaq. O, həmçinin ABŞ Ticarət Nümayəndəliyinin İdarəsininfəaliyyətinə birbaşa cavabdeh olacaq.