EN

ABŞ razılıq verdi, Ukrayna Rusiyanı ATACMS raketləri ilə vurmağa başladı...

Image

ABŞ-ın icazəsindən sonra Ukrayna hərəkətə keçib. Ukrayna Rusiyanın Braynsk bölgəsinə Amerika istehsalı olan uzaqmənzilli taktiki ATACMS raketləri ilə ilk hücumu reallaşdırıb. Rusiya Müdafiə Nazirliyi atılan 6 raketdən 5-ni vurulduğunu bildirib.

Açıqlamada raketlərin S-400 və “Pantsir” hava hücumundan müdafiə sistemləri ilə vurulduğu qeyd edilib. Nazirlik bildirir ki, atılan 6 raketdən 5-i havada vurulub, biri isə qismən məhv edilib. Məhv edilmiş raketin hissələrinin hərbi obyektə düşdüyü və obyektdə yanğının başladığı da bildirilir. 

Nazirlik hadisə zamanı tələfat və dağıntı olmadığını bildirib.

Qeyd edək ki, “Washington Post” qəzeti iki yüksək rütbəli ABŞ rəsmisinə istinadən, ABŞ rəhbərliyinin Kiyevə Ukraynaya tədarük etdiyi uzun mənzilli taktiki raket sistemlərilə (ATACMS) məhdud şəkildə Rusiya ərazilərini vurmağa icazəsi verdiyini yazıb.

TAHİR





Chosen
41
baki-xeber.com

1Sources