EN

“Bayraktar TB3” dünya aviasiya tarixində ilkə imza atdı

Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli imkanlarla istehsal olunan “Bayraktar TB3” yeni nəsil silahlı pilotsuz uçuş aparatı (SİHA) qardaş ölkənin digər milli istehsalı olan “TCG Anadolu” hərbi amfibiya gəmisi üzərindən ilk uçuş testini uğurla başa vurub. Bununla da “Bayraktar TB3” dünya aviasiya tarixində SİHA olaraq ilk dəfə qısa uçuş-enmə zolağına malik dəniz vasitəsində qalxış və enmə manevrini uğurla həyata keçirə bilib.

Teleqraf.com xəbər verir ki, “Bayraktar TB3” indiyə qədər həyata keçirilən test uçuşlarında ümumilikdə 700 saatdan çox havada qalıb. Türkiyənin milli SİHA-sı ötən il dekabrın 20-də həyata keçirilən uzun uçuş testində isə yerə enmədən 32 saat havada qalaraq 5 700 kilometr məsafə qət edib.

“Bayraktar TB3” bu ilin mart ayında Türkiyənin texnologiya nəhənglərindən “Aselsan” tərəfindən yerli imkanlarla təkmilləşdirilən, dünyadakı müvafiq sistemlərə nisbətən ən yüksək performansa sahib “ASELFLIR-500” Elektro-Optik Kəşfiyyat, Nəzarət və Hədəfləmə Sistemi ilə təchiz edilib.


Müəllif: Teleqraf.com
Chosen
12
7
teleqraf.com

10Sources