EN

ABŞ Cənubi Koreyaya F-15 təyyarələrinin modernləşdirilməsi üçün avadanlıq satışına icazə verib

ABŞ Dövlət Departamenti F-15 qırıcılarının modernləşdirilməsi üçün Koreya Respublikasına dəyəri 6,2 milyard dollardan çox olan avadanlığın mümkün satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd edək ki, sözügedən qurum hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.

Seul F-15K döyüş təyyarələri parkını modernləşdirmək üçün avadanlıq və xidmətlərin alınmasını xahiş edib.

Hərbi yardım paketinə 96 kompüter, 70 radar, 70 elektron döyüş dəsti və 70 raket xəbərdarlığı sistemi daxildir.

Chosen
15
1
apa.az

2Sources