EN

Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

Böyük Britaniyanın müvəqqəti işlər vəkili Londonun Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsi ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, İran Xarici İşlər Nazirliyi britaniyalı diplomatı əmin edib ki, Londonun irrasional davranışını cavabsız qoymayacaqlar. 

İran XİN həmçinin bəzi Avropa ölkələrinin, o cümlədən Böyük Britaniyanın ölkənin müdafiə sahəsində digər dövlətlərlə əməkdaşlığına müdaxiləsini qəbuledilməz adlandırıb.

Chosen
61
2
qafqazinfo.az

10Sources