EN

YENİ DƏLƏDUZLUQ: smartfonlara toy dəvətnamələri göndərərək...

Kibercinayətkarlar bu dəfə vətəndaşlara toy dəvətnamələri göndərərək, onları tora salırlar.

Publika.az xəbər verir ki, son dövrlər "WhatsApp" vasitəsilə toy dəvətnamələrinin göndərilməsi adi hala çevrilib. Bundan istifadə edən hakerlər xüsusi dəvətnamələr ilə dələduzluq etməyə başlayıblar.

Vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi toy dəvətnaməsi kimi göndərilir. Onu yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz. Bu o deməkdir ki, artıq faylı açdıqdan sonra bütün məlumatlarınız oğurlanmış olur.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Elbrus İbrahimov vətəndaşları bu kimi hallardan qorunmaq üçün diqqətli olmağa çağırıb.

Chosen
58
11
publika.az

10Sources