EN

Türkiyə millisi də son turda şok yaşadı

Bu gün Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, 6-cı turun sonuncu oyun günündə 9 matç baş tutub.

Beş qrupda keçirilən görüşlərlə həm liqasını dəyişənlər, həm pley-offa qatılacaq komandalar dəqiqləşib. Türkiyə millisi səfərdə Monteneqro ilə qarşılaşıb. Bu oyuna kimi xalsız qalan Balkan təmsilçisi gözlənilməz qələbə qazanıb. Bu nəticə “ay-ulduzlular”ı liderlikdən edib. İslandiyaya 4:1 hesabı ilə qalib gələn Uels qrupda birinci olub.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur

19 noyabr

A Liqası, 3-cü qrup

Bosniya və Herseqovina – Niderland 1:1
Qollar: Demiroviç, 67 – Brobbi, 24.

Macarıstan – Almaniya 1:1
Qollar: Soboslai, 90+9 – Nmeça, 76.

Xallar: Almaniya – 14. Niderland – 9. Macarıstan – 6. Bosniya və Herseqovina – 2.

B Liqası, 1-ci qrup

Çexiya – Gürcüstan 2:1
Qol: Şults, 3. Hlojek, 24 – Mikautadze, 60.

Albaniya – Ukrayna 1:2
Qollar: Bayrami, 75-pen – Zinçenko, 5. Yaremçuk, 10.

Xallar: Çexiya – 11. Ukrayna – 8. Gürcüstan – 7. Albaniya – 7.

B Liqası, 4-cü qrup

Monteneqro – Türkiyə 3:1
Qollar: Krstoviç, 29; 45; 73 – K.Yıldız, 37.

Uels – İslandiya 4:1
Qollar: Kallen, 32; 45+1. B.Conson, 65. H.Uilson, 79 – Qudyonsen, 8.

Xallar: Uels – 12. Türkiyə – 11. İslandiya – 7. Monteneqro – 3.

C Liqası, 1-ci qrup

Slovakiya – Estoniya 1:0
Qol: Ştrelets, 72.

İsveç – Azərbaycan 6:0
Qollar: Deyan Kuluşevski, 10; 57. Viktor Dyökereş, 26; 37; 58; 70.

Xallar: İsveç – 16. Slovakiya – 13. Estoniya – 4. Azərbaycan – 1.

D Liqası, 2-ci qrup

Malta – Andorra 0:0

Xallar: Moldova – 9. Malta – 7. Andorra – 1.

Chosen
44
3
futbolinfo.az

10Sources