EN

Fernandu Santuş: "Bütün məsuliyyət mənim üzərimdədir"

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 6-cı turunda səfərdə İsveçə 0:6 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

“Matça yaxşı hazırlaşmışdıq. Rəqibin hücumda iki güclü futbolçusu olduğunu bilirdik. Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik. Oyuna yaxşı başlamadıq, tez qol buraxdıq. Sonradan vəziyyəti dəyişə bilmədik. Biz də hücumda iki sürətli futbolçuya şans vermişdik. Həm strategiya, həm də futbolçular mən tərəfdən seçilib. Bütün məsuliyyət mənim üzərimdədir. Bu görüş həm mənim, həm də komandam üçün dərs olmalıdır. Bundan nəticə çıxarmalı və öz üzərimizdə daha çox çalışmalıyıq. İnanıram ki, nəyisə dəyişmək olar. Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram. Komanda üçün hər zaman əlimdən gələni edirəm”.

saytlarin hazirlanmasi

Chosen
27
4
sportal.az

5Sources