EN

Oturaq həyat tərzi ilə bağlı MİF DAĞIDILDI

Oturaq həyat tərzi, hətta kifayət qədər idman edənlər üçün də ürək xəstəliyi riskini artırır.

Publika.az xəbər verir ki, bu barədə JACC jurnalında dərc edilən araşdırmada deyilir.

Qeyd edilib ki, uzun müddət oturduqdan sonra fiziki fəaliyyət sağlamlığı qorumaq üçün kifayət olmaya bilər,

Alimlər maşın öyrənməsi alqoritmindən istifadə edərək 89 min insanın məlumatlarını təhlil ediblər. Uzun müddət oturmaq (yaxud uzanmaq və ya yatmaq) ürək xəstəliyi riskinin artması ilə əlaqələndirilib. Burda, gecə yuxusunda uzanma dövrləri nəzərə almır.

Oturaq həyat tərzi hər dörd növ ürək-damar xəstəliyinin daha yüksək riski ilə əlaqələndirilib. Gündə 10,6 saatdan çox oturaraq keçirənlərdə ürək çatışmazlığı və ürək-damar xəstəliklərindən ölüm ehtimalı 40-60% yüksək olub.

Chosen
39
publika.az

1Sources