EN

Bayden piyada əleyhinə minaların Ukraynaya verilməsini təsdiqləyib

ABŞ prezidenti Co Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünü təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə iki Amerika rəsmisinə istinadən The Washington Post qəzeti yazıb. Qərar silahlara nəzarət qruplarının tənqidinə səbəb olub.

Nəşr yazır ki, bu qərar Amerika tərəfinin Rusiya ordusunun hücumunun qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrinə kömək etmək istəyi nəzərə alınaraq qəbul edilib.

Rəsmilər WP-yə bildiriblər ki, indiki Ağ Ev administrasiyası son həftələrdə Rusiyanın hücumundan “dərin narahatdır” və hücumun dayandırılmasına təcili ehtiyac görür. Mənbələr bildiriblər ki, Pentaqon minaların verilməsini Co Bayden administrasiyasının Rusiyanın irəliləyişini yavaşlatmaq üçün atacağı ən faydalı addımlardan biri hesab edir.

Rəsmi şəxslərdən biri bildirib ki, Ukrayna tərəfi müharibə zonasında olan əhalinin sıx məskunlaşdığı ərazilərə piyada əleyhinə minalar basdırmayacağına dair öhdəlik götürüb.

“Minalardan bizim Ukraynaya tədarük etdiyimiz digər döyüş sursatları ilə birlikdə istifadə edildikdə, onların daha effektiv müdafiəyə töhfə verəcəyi güman edilir”, deyə mənbə bildirib.

Qeyd olunur ki, ABŞRusiya Minaların Qadağası Müqaviləsi kimi də tanınan Ottava Konvensiyasının 164 ölkəsindən biri deyil. Sənədin müddəaları piyada əleyhinə minaların yerləşdirilməsini və ötürülməsini qadağan edir.

“Bununla belə, 2022-ci ildə Co Bayden Amerikanın piyada əleyhinə minalarının Koreya yarımadasından kənara verilməsinə və istifadəsinə qadağa qoyub”, deyə WP qeyd edib.

Poliqon.info

Chosen
36
1
poliqon.info

2Sources