EN

Kəskin traxomanın müalicəsindən sonra hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilmir

Bahar katarı və konyunktivanın digər allergik zədələnmələri zamanı onun dərəcəsindən, xəstəliyin gedişinin ağırlığından, kəskinləşmələrin tezliyindən və aparılan müalicənin səmərəliliyindən asılı olaraq, şəhadətləndirilmə “b” və ya “c” bəndləri üzrə keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Kəskin traxomanın müalicəsindən sonra hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilmir. Lakin zərurət olduqda, “Xəstəliklər cədvəli”nin 28-ci maddəsinin “ç” bəndi üzrə hərbi xidməti vəzifələrinin icrasından azad edilmə barədə qərar çıxarılır.

Chosen
27
heftelik.az

1Sources