EN

BİZİM TƏQVİM: 20 noyabrda baş vermiş tarixi hadisələr

1991-ci ilin bu günündə göyərtəsində Azərbaycanın hökumət nümayəndələri, SSRİ Müdafiə Nazirliyi, Rusiya və Qazaxıstan müşahidəçiləri olan “Mİ-8” vertolyotu Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilər tərəfindən vurulub.

Həlak olanlar arasında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstanın daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və başqaları var idi. Ümumilikdə, terror aktı nəticəsində 22 nəfər həlak olub.

Bəs, noyabrın 20-də dünyada daha hansı hadisələr baş verib?

1. 1821-ci ilin bu günü Panama ilə Amerika Birləşmiş Ştatları arasında müddətsiz müqavilə imzalandı. Bundan 2 gün sonra İspaniya “Kolumbiya krallığı” tərkibinə daxil olan Panama üzərində nəzarətini itirdi. Beləliklə, Mərkəzi Amerikanın daha bir dövləti müstəmləkə əsarətindən xilas olaraq müstəqillik qazandı.

2. 20 noyabr 1922-ci ildə İsveçrənin Lozan şəhərində Türkiyəni respublika olmağa aparacaq və dünyada yeni yer tutmasını təmin edəcək Lozan Sülh Konfransının rəsmi açılışı oldu. Konfransda Türkiyəni ölkənin xarici işlər naziri İsmət İnönü təmsil edirdi.

3. 1938-ci ilin 10 noyabrında İstanbulda həyata gözlərini yuman Mustafa Kamal Atatürkün cənazəsi ayın 20-də Ankaraya çatdı və ankaralıların da vidalaşması üçün tabutu Türkiyə Böyük Millət Məclisi önündə qoyuldu.

4. İkinci Dünya müharibəsindən sonra - 1945-ci il 10 noyabrda Almaniyanın Nürnberq şəhərində yüksək rütbəli nasist məmurları haqqında müharibə cinayətlərilə bağlı məhkəmə prosesi başladı. Dünya tarixinə “Nürnberq məhkəməsi” kimi daxil olan həmin məhkəmə müttəhimlərdən bir qismini ölümə, digərlərini isə ömürlük həbs cəzasına məhkum etdi.


5. 20 noyabr 1985-ci ildə müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olan “Microsoft Windows 1.0” əməliyyat sistemini bazara çıxarıb. Microsoft şirkətinin sahibi Bill Geyts dünyanın ən zəngin adamıdır.

6. 20 noyabr Uşaq Hüquqlarını Müdafiə Günüdür. 1989-cu ilin bu günü BMT-də “Uşaq hüquqları haqqında konvensiya” qəbul olundu. Hazırda 190-dan çox dövlət bu konvensiyanın üzvüdür. Azərbaycan parlamenti “Uşaq hüquqları haqqında konvensiya”nı 1992-ci ildə ratifikasiya etdi. Bu, uşaq hüquqlarının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanınması və qorunması deməkdir. Düz 30 il sonra – 2009-cu ilin elə 20 noyabrında BMT üzvləri arasında Uşaq Hüquqları Müqaviləsi imzalandı.

7. 20 noyabr 1962-ci ildə Amerika Birləşmiş Ştatları Kubaya "Mərmi böhranı" adı ilə başladığı hərbi mühasirəsinə son qoydu.

8. 20 noyabr 1994-cü ildə İstanbulda təşkil edilən Beynəlxalq Ağırlıqqaldırma Çempionatında Türkiyə millisini təmsil edən Naim Süleymanoğlu 5-ci dəfə dünya rekordu qırdı və 3 qızıl medal qazandı.

9. 1998-ci ilin 20 noyabrında Rusiyadan qaçıb İtaliyaya girərkən tutulan PKK başçısı Abdullah Öcalan azadlığa buraxıldı.

10. 20 noyabr Ümumdünya Fəlsəfə Günüdür. UNESCO-nun qərarı ilə 70-dən çox ölkədə 2002-ci ildən qeyd olunan bu bayram fəlsəfənin həyatın intellektual və humanitar sahələrdə oynadığı əvəzolunmaz rolunu vurğulamaq məqsədi daşıyır.

11. 20 noyabr 2003-cü ildə “Əl-Qaidə” terrorçuları İstanbulda olan HSBC Bankının Baş İdarəsi və Beyoğlundakı İngiltərə Konsulluğuna eyni zamanda bombalı hücumlar təşkil etdilər. Hücumlarda 30 nəfər həyatını itirdi, 400-dən çox adam yaralandı.


20 noyabrda bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1910-cu ilin bu günü "Hərb və sülh", "Anna Karenina" kimi məşhur romanların müəllifi, dünyaşöhrətli yazıçı Lev Tolstoy həyatdan köçüb (1828 - 1910).

2. Görkəmli Azərbaycan alimi, professor, tənqidçi və publisist Qulu Xəlilov 1930-cu ilin 20 noyabrında anadan olub. Uzun illər Bakı Dövlət Universitetində dərs deyən, 20-dən artıq kitabın müəllifi Qulu Xəlilovun publisistika, ədəbi tənqid, mətbuat tarixi və digər mövzularda yaratdığı elmi əsərlər, monoqrafiyalar bu gün də Azərbaycanda filologiya və jurnalistika fakültələrinin tələbələri üçün qiymətli dərs vəsaitləridir (1930-1995).

3. Vətəndaş müharibəsindən sonra hakimiyyəti əlinə keçirən, İspaniyanı 36 il boyu diktatorluqla idarə edən general Fransisko Franko 1975-ci ilin 20 noyabrında paytaxt Madriddə ölüb (1892 – 1975).


4. Bu gün Azərbaycanın görkəmli ədəbiyyatşünası, akademik Həmid Araslının xatirə günüdür. Uzun illər boyu elmi tədqiqatla məşğul olan H.Araslı orta və ali məktəblər üçün çox sayda dəslik hazırlayıb, ali məktəblərdə dərs deyib, “Kitabi Dədə Qorqud”, “Koroğlu” dastanları, aşıq ədəbiyyatı, Xaqani, Nizami, Nəsimi, Saib Təbrizi, M.F.Axundov, M.Ə.Sabir və başqa görkəmli şəxsiyyətlər haqqında kitablar yazıb. O, həm də Türkiyə Dil Qurumunun fəxri üzvü, İraq Akademiyasının fəxri akademiki, İslam Mədəniyyətini Qoruyan Kral Cəmiyyətinin müxbir üzvü olub (1909-1983).

5. 20 noyabr 1910-ci ildəyazıçı Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910-1985) Ordubad rayonunun Dəstə kəndində doğulub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəllifidir.

6. 20 noyabr 1930-cu ildə tanınmış aktyor Gündüz Şəmsəddin oğlu Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Dədə Qorqud”, “Doğma sahillər” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Hekayələr yazıb, tərcümələr edib.

7. 20 noyabr 1935-ci ildə Xalq artisti, məşhur xanəndə, Qədir Rüstəmov (1935 – 14.12.2011) Ağdam rayonunda anadan olub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdıoğlu rolunda çəkilib.

8. 20 noyabr 1956-cı ildə Azərbaycan teatr sənətinin görkəmli simalarından biri, Xalq artisti Kazım Ziya ( 21.3.1896 – 1956) vəfat edib. “Səbuhi” (1941), “Fətəli xan” (1947) və s. filmlərdə çəkilib. 10. 20 noyabr 2020-ci ildə Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov (27.10.1937 – 2020) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

 

 

Chosen
49
17
bizim.media

10Sources