EN

Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünü təsdiqləyib

ABŞ prezidenti Co Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünə icazə verib.

Bu barədə The Vashington Post xəbər verir.

Qərar Ağ Evin Ukraynaya Rusiya ərazisində ABŞ-ın uzaqmənzilli ATACMS raketlərindən istifadə etməsinə icazə verən son icazəsindən sonra verilib.

Nəşr qeyd edir ki, piyada əleyhinə minaların Ukraynaya çatdırılması asan olmayacaq. Belə ki,160-dan çox ölkə onların istifadəsini qadağan edən beynəlxalq müqavilə imzalayıb, çünki bu silahlar mülki şəxslərə böyük zərər vura bilər.

Bununla belə, Kiyev Rusiya tammiqyaslı işğala başlayandan və Ukraynanın öz ərazilərini geri almaq cəhdinin qarşısını almaq üçün cəbhə xəttində piyada əleyhinə minalar yerləşdirəndən sonra belə bir addım atmaq məcburiyyəti qarçısında qalıb.

Oxuməni.az

Chosen
27
oxumeni.az

1Sources