EN

“Qarabağ”ın futbolçusu Türkiyə ilə oyunda qol ötürməsi verdi - Video

style='margin-bottom:10px;'>

Qarabağ”ın futbolçusu Marko Yankoviç və “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç Monteneqro millisində növbəti oyuna çıxıblar.

QOL.az xəbər verir ki, Millətlər Liqasının sonuncu - 6-cı turunun oyununda onların komandası Türkiyə millisini qəbul edib. Marko Yankoviç kapitan kimi əsas heyətdə yer alıb və sonadək meydanda olub. O, 22-ci dəqiqədə sarı vərəqə alıb. 

Monteneqronun 3:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Yankoviç 2-ci qolun ötürməsini verib. 

Edvin Kuça gəlincə, 31 yaşlı futbolçu ehtiyat oyunçular sırasında yer alıb. O, 69-cu dəqiqədə Milan Vukotiçin əvəzinə meydana daxil olub.

Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi Monteneqro millisi üçün bu, qrupda ilk qələbə və ilk xallar olub. Onlar qrupu sonuncu yerdə tamamlamaqla C liqasına düşüblər. Türkiyə isə yarışı 11 xalla 2-ci yerdə başa vurub. Bu qrupdan A liqasında 12 xal yığan Uels yüksəlib.

Chosen
22
1
teleqraf.com

3Sources