
Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:50-də qeydə alınıb və maqnitudası 3,7-ə bərabər olub.
Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.